Azərbaycan yenidən formalaşan dünya nizamında Qoşulmama Hərəkatının nüfuzunu artırmaq, söz sahibliyini təmin etmək üçün mühüm addımları və çağırışları ilə diqqətdədir. 05.07.2023-cü il tarixdə Azərbaycan Respublikasının paytaxtı Bakı yenidən Qoşulmama Hərəkatına üzv ölkələrin görüşünə ev sahibliyi etdi. Bu görüşdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev görüş iştirakçılarını salamlayaraq bu təşkilatın hansı zərurətdən yarandığını izah etdi. Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etmişdir. Bu müddət yenidən 2023-cü ilin sonuna qədər uzadılmışdır. Azərbaycan 2020-ci ilin sentyabrında 30 ilə yaxın Ermənistan Respublikası tərəfindən işğal edilmiş ərazilərini öz gücü hesabına işğalçılarda azad etdi. İşğaldan azad edilmiş ərzilərdə dağıdılmış, talan edimiş yaşayış məntəqələri, məscidlər, qırılmış,yandırılmış meşələr, məhv edilmiş su mənbələri beynəlxalq təşkilatlardan gəlmiş nümayəndələr tərəfindən barbarçılıq kimi qeyd olunmuşdur. Buna baxmayaraq, işğalçı Ermənistanı dəstəkləyən Fransa prezidenti öz çirkin müstəmləkə keçmişindən bixəbər kimi insan haqlarından dəm vurur. İşğal etdiyi və müstəmləkəyə çevirdiyi xalqların azadlıq mübarizəsi aparan qəhrəmanlarının kəllə sümüklərini hələ də öz ölkəsində fəxarətlə saxlayıb nümayiş etdirən bir ölkəyə nə ad vermək olar? Sadə vətəndaş məntiqi ilə belə düşünmək olar ki, Fransa Azərbaycan ərazisində gələcəkdə qurbana çevrilməkdən xəbərsiz olan erməni müstəmləkiçiliyi yaratmaq xülyasındadır. Lakin Azərbaycanın haqq işi, ərazi bütövlüyü beynəlxalq təşkilatlar və sülsevər, ədalət tərəfdarı olan dünya dövlətləri tərəfindən daim dəstəklənir. Azərbaycan BMT-nin, ATƏT-in 30 ilə yaxın çoxsaylı qərarlarını 44 günə təmin etdi. Bu gün Azərbaycan ərazisində yaşayan sadə erməni vətəndaşları Fransanın bu hərəkətinin onların gələcəyi üçün real təhlükədən başqa bir şey olmadığını dərk etməlidir. Azərbaycan öz suverenliyi, ərazi bütölüyü ilə bərabər burada yaşayan millətlərin nümayəndələrinin hüquq və azadlıqlarına daim hörmətlə yanaşmaqdadır. Aydın Həsənov, Xocalı rayonundan məcburi köçkün